Fox Engine — multiplatform bir oyun mühərrikidir. Kojima Productions tərəfindən qurulub. Hesab edilir ki, bu mühərrik videooyunların növbəti nəsili (ing. next generation) üçün nəzərdə tutulmuşdur. Mühərrikin inkişafı Metal Gear Solid 4: Guns of the Patriots tamamlanmasından sonra başlandı. Hədəf dünyada ən yaxşı mühərriki yaratmaq idi. Bu mühərrik Kojima Productions-a vaxtını əhəmiyyətli dərəcədə azaldıb, multiplatform oyunları hazırlamağa imkan verəcək. Həmçinin bu bir platforma üçün oyunların yaradılmasından imtina üçün addımdır. Mühərrik Fox adını Metal Gear oyun serialında olan uydurulmuş hərbi hissə şərəfinə alıb, həmçinin tülkü (ing. fox) Kojima Productions loqotipində təsvir edilmişdir.
Developed by StudentB